Təhsil Nazirliyi
Şəmkir rayon Təhsil Şöbəsi, baş mühasib

Müsahibə proqramı üzrə məsul şəxslər:
Mühasibat uçotu və hesabat sektorunun müdiri
Bəxtiyar Səmədov
Əlaqə vasitələri:
Email: Baxtiyar.Samadov@edu.gov.az
Telefon: 5991155(5254)
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. ”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [1]
    • Ümumi müddəalar
    • Dövlət büdcəsinin məqsədi
    • Dövlət büdcəsi
    • Dövlət büdcəsinin gəlirləri və xərcləri
    • Büdcə təsnifatı
  2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə: [3, 4, 17]
    • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tərkibi
    • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun tərtib etdikləri maliyyə hesabatları
  3. Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotu. Malların (İş və xidmətlərin) satınalma metodları [8, 10, 13, 14, 18]
    • Dövlət Sosial Müdafiə Fonduna ayırmalar [11]
      • Əməyin ödənilməsi sistemi və növləri [2, 5, 6]
        • Məzuniyyətin növləri
        • Əmək məzuniyyəti və  onun verildiyi iş ili
        • Əmək məzuniyyətinin müddətləri
        • Sosial məzuniyyətlərin növləri
        • Ödənişsiz məzuniyyətlər
        • Əmək məzuniyyətlərinin verilməsi qaydası
        • Məzuniyyət vaxtı üçün orta aylıq əməkhaqqının hesablanması və ödənilməsi qaydası
      • Vergilər [6, 7]
        • Gəlir vergisi. Fiziki şəxslərdən gəlir vergisi
        • Əlavə dəyər vergisi
        • Sadələşdirilmiş vergi
      • Büdcədənkənar vəsaitlərin formalaşdırılması, istifadə edilməsi, uçota alınması, hesabatın təqdim olunması qaydaları [6, 7, 9, 17]
        • İşçilərin ezamiyyə qaydaları [15, 16]
          • Uçot və hesabat üzrə:  [6, 7, 11, 12, 13, 14]
            • Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu və hesabatı
            • Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu 
            • Əməkhaqqının uçotu
            • Dövlət Sosial Müdafiə Fonduna ayırmaların uçotu və hesabatı 
            • Gəlir vergisinin uçotu və hesabatı 
            • İşsizlikdən söğortanın uçotu və hesabatı
            • Büdcə müəssisəsinin faktiki xərclərinin uçotu 
            • Bu xərclərin ilin sonunda silinməsi qaydası 
            • Əməkhaqqı üzrə borcların uçotda əks olunması  

          Ədəbiyyat:

          1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu, 2 iyul 2002-ci il, №358-IIQ
          2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il, № 618-IQ
          3. “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları” Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, 25 dekabr 2018-ci il Qərar № Q-13
          4. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması qaydası” 18 yanvar 2016-cı il, № Q-02
          5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu, 29 iyun 2004-cü il, №716-IIQ
          6. Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasını Qanunu, 1 fevral 1999-cu il, № 618-IQ
          7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
          8. Azərbaycan Respublikası Xəzinədarlıq sisteminin tətbiqi qaydaları (Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 31 avqust 2000-ci il tarixli I-136 nömrəli əmrlə təsdiq edilmişdir)
          9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017- ci il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitlər haqqında ƏSASNAMƏ”
          10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018- ci il tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nın təsdiq edilməsi barədə Qərar
          11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu. 18 fevral 1997-ci il, №250-IQ
          12. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu. 30 iyun 2017-ci il №765-VQ
          13. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu. 27 dekabr 2001-ci il, №245-IIQ
          14. "Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotu haqqında Təlimat" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 28 dekabr 2000-ci il tarixli I-193 nömrəli əmri
          15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarı
          16. "İşçilərin ezamiyyə qaydaları” (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli  Qərarı
          17. "Büdcə təşkilatları üçün hesabat dövrü və maliyyə hesabatlarının təqdim edilməsii Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 15 aprel 2013-cü il tarixli Q-11 nömrəli Qərarı
          18. “Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satın alınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 20 may tarixli Q-12 nömrəli qərarı