Maliyyə Nazirliyi
Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsi, İnformasiya və kommunikasiya texnologiyaları sektoru, baş məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi İnsan resurslarının idarə edilməsi şöbəsinin müdir müavini
Bayram Əliyev
Əlaqə vasitələri:
Email: b.aliyev@maliyye.gov.az
Telefon: (012) 404-46-37
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. İnformasiya: İnformasiya anlayışı. İnformasiyanın növləri, təqdimolunma formaları. İnformasiyanın emalı. İnformasiyanın ölçü vahidləri. İnformasiya texnologiyaları və onların növləri. [3,4]
    • Fərdi kompüterlərin proqram təminatı: Sistem və tətbiqi proqram təminatı. Sistem proqram təminatının elementləri: əməliyyat sistemləri, xidməti proqramlar, arxivatorlar, antiviruslar və s.[3,5]
      • Serverlər: Serverlərin quruluşu və iş prinsipi. Storeclərin növləri, iş prinsipi. RAİD kontrollerin iş prinsipi və s. Serverlərin BİOS səviyyəsində köklənməsi və s.[1,9,11]
        • Əməliyyat sistemləri: Windows Server (XX), Windows (XX), MacOS, Microsoft Windows Server 2003, 2008, 2010 və Lunix şəbəkə infrastrukturunun köklənməsi, idarə və müşayiət edilməsi, şəbəkə xidmətləri (domenin, mail və proksi serverlərin qurulması, müşayiət olunması). Microsoft Windows XX reyestrlə iş, təhlükəsizlik məsələləri. [1,2,9,11]
          • Şəbəkə texnologiyaları: Şəbəkə texnologiyalarının iş prinsipləri. Lokal-kompüter şəbəkələrinin qurulması, inkişaf etdirilməsi və istismarı məsələləri. Şəbəkə sistemləri inzibatçısının vəzifə və funksiyaları. Kommunikasiya sistemlərinin idarə olunması. DNS, Active Directory, DHCP, TCP / IP, VPN və s. avadanlıq və proqram üzərində qurulması yolları və metodları. Şəbəkə qurğularının növləri, təyinatı, iş prinsipi. Geniş tətbiq olunan şəbəkə qurğuları. [1,2,10,11]
            • İnformasiya təhlükəsizliyi: Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi. Sistem və proqram təminatlarının informasiya təhlükəsizliyinin təmin edilməsi. Şəbəkələrarası ekranlar və virtual şəbəkələr. Təhlükəsizlik proqramları və qurğularınin tətbiq edilməsi. Antiviruslar. Təhlükəsizliklə bağlı zəruri qurmaların system reyestri vasitəsilə yerinə yetirilməsi. “Hardvare” və “Softvare” təhlükəsizlik həlləri. [3,5,7,12]
              • Serverlərin proqram təminatı: Verilənlər bazaları, mail serverlər, veb serverlər, Proxy serverlər, firewall, təhlükəsizlik serverləri və proqramları, antiviruslar, SharePoint Server, Exange Server, və s. qurulması və istismarı [2,5,6,8,9].
                • Elektron dövlət: Elektron dövlət anlayışı. Elektron dövlətin elementləri. Elektron dövlətin qurulması istiqamətində beynəlxalq təcrübə. Azərbaycan Respublikasında elektron dövlətin qurulması istiqamətində həyata keçirilən dövlət siyasəti. Elektron Azərbaycan. Elektron imza və elektron sənəd. [3,4,12]

                  Ədəbiyyat:

                  1. Windows Server 2012 R2 Inside Out: Configuration, Storage, and Essentials, By William R. Stanek, February 2014
                  2. Learning Microsoft Windows Server 2012 Dynamic Access Control, By Jochen Nickel, December 2013
                  3. O.Gündüz, Q.Əfəndiyev, N.Rüstəmov, “Kompüter. İnformasiya texnologiyalarının əsasları”, Bakı, 2006, səh.304.
                  4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanı
                  5. А.Газаров - Устранение неисправностей и ремонт ПК своими руками на 100%. Издательство: Питер, 2013 г.
                  6. Александр Бондарь- Microsoft SQL Server 2012. Языки: Русский, Издательство: БХВ-Петербург- 2013 г.
                  7. Автор: Алистер Коберн -Быстрая разработка программного обеспечения. Переводчик: Вл. Стрельцов, Языки: Русский, Издательство: Лори -2013 г
                  8. A.Y. Əliyev, “İnformatika və proqramlaşdırma”, Bakı, 2008, səh.404.
                  9. Windows Server 2012 R2 Inside Out: Configuration, Storage, and Essentials, By William R. Stanek, February 2014
                  10. The TCP/IP Guide - Charles M. Kozierok
                  11. Microsoft Exchange Server 2010 Administration Instant Reference Ken St. Cyr John Wiley and Sons, 21 янв. 2010 г.
                  12. "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli  191 nömrəli Qərarı