Əmlak Məsələləri Dövlət Komitəsi
İnsan resurslarının idarəedilməsi və dövlət qulluğu şöbəsi, aparıcı məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul. [4,9,11]
    • Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydası [4]
      • Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması [11]
        • Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları [11]
          • Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası [9]
            • Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı. [2]
              • Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi. [3,12]
                • Azərbaycan Respublikasının dövlət qulluqçularının reyestrinin aparılması. [5]
                  • Dövlət qulluqçusunun şəxsi işinin aparılması. [6]
                    • Dövlət orqanlarında dövlət qulluqçusuna qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi. [7]
                      • Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi. [8]
                        • Dövlət qulluqçusunun mükafatlandırılmasının növləri və qaydaları. [10]
                          • Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri [13]
                            • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [1]
                              • Əmək müqavilələrinin bağlanması,; əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları; Əmək müqaviləsinə xitam verilməsinin əsasları, Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası, İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər, Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası, Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları, İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları iş vaxtının növləri və tənzimlənməsi qaydaları;  həftəlik tam iş vaxtının müəyyən edilməsi. istirahət və nahar üçün fasilə. İstirahət günləri. Bayram günləri. Səsvermə günü. Ümumxalq hüzn günü. İstirahət, səsvermə, bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti . İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi; məzuniyyət hüququ və onun təmin edilməsi; işçilərin məzuniyyət hüququ. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları. Məzuniyyətin növləri. Əmək məzuniyyəti və onun verildiyi iş ili; əsas məzuniyyət və onun müddətləri. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası. Uşaqlı qadınların əlavə məzuniyyətləri. yaradıcılıq və təhsil məzuniyyətləri; yaradıcılıq məzuniyyətləri və onların müddətləri. Ödənişli təhsil məzuniyyətləri. Təhsil məzuniyyətlərinin müddətləri; sosial məzuniyyətlər; hamiləliyə və doğuşa görə məzuniyyətlər. Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları; ödənişsiz məzuniyyətlər;  ödənişsiz məzuniyyətdən istifadə hüququ. Ödənişsiz məzuniyyətlərin növləri. İşçilərin    xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri; Əmək və icra intizamı; əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

                            Ədəbiyyat:

                            1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il.
                            2. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında Azərbaycan Respublikasının Qanunu, 22 iyun 2001-ci il №  156-IIQ
                            3. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 31 may 2002-ci il № 334-IIQ
                            4.   “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli Qərarı
                            5. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420  nömrəli Fərmanı ilə  təsdiq edilmiş  “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”.
                            6. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2007-ci il tarixli, 522 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”
                            7. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”.
                            8. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 nömrəli          Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”
                            9. “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli qərarı
                            10. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”
                            11. “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 87 nömrəli Qərarı
                            12. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı
                            13. “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli 87 nömrəli Qərarı