Dövlət Statistika Komitəsi
Sənaye və tikinti statistikası şöbəsi, Tikinti statistikası sektoru, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Statistikanın ümumi nəzəriyyəsi: [1]
    • Statistika elminin vəzifələri və təşkili 
    • Statistika haqqında anlayış. Statistikanın predmeti. Statistika müşahidəsinin nəzəriyyəsi, əsas kateqoriya və anlayışları. Azərbaycan Respublikasında statistikanın əsas vəzifələri və dövlət statistikasının (rəsmi statistikanın) təşkili prinsipləri 
    • Statistika informasiyası haqqında anlayış. Statistika müşahidəsinin əsas təşkili formaları. Statistika müşahidəsinin növləri və üsulları
    • Statistika materiallarının yekunlaşdırılması və qruplaşdırılması
    • Statistika göstəriciləri: Statistika göstəriciləri haqqında anlayış. Mütləq göstəricilər. Nisbi göstəricilər
    • Orta kəmiyyətin mahiyyəti. Hesabi orta kəmiyyətlərin növləri. Harmonik orta kəmiyyət
    • Dinamika sıraları: Dinamika sıraları haqqında anlayış və onların növləri. Dinamika sıralarının qurulması prinsipləri. Dinamika sıralarının təhlili göstəriciləri
    • İndekslər: İndekslər haqqında anlayış və iqtisadi təhlildə onun rolu. İndekslərin növləri. Fərdi və ümumi indekslərin hesablanması üsulları. Ümumi indeksin formaları
  2. Tikinti statistikası;  [2,4,5]
    • Tikinti məhsulu; 
    •  Tikinti işlərinin ən çox aparıldığı maliyyə mənbəyi; 
    • Tikinti podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlər;
    •  Tikinti işlərinin (xidmətin) yerinə yetirilməsi zamanı daha yüksək xüsusi çəkiyə malik xərclər;
    • Tikintidə sifarişçi; başa çatdırılmamış tikinti;
    • Yaşayış evlərinin ümumi sahəsi; 
    •  Fərdi yaşayış evləri;
    •  Yaşayış və sosial-mədəni obyektlərin istifadəyə verilməsinə dair dövlət komissiyasının qəbul aktını təsdiq edən orqan; 
  3. Əsas kapitala yönəldilmiş vəsait; əsas kapitala yönəldilmiş daxili investisiya;  [2,3,5]
    • Tikintidə əsas fondlar; [2,3,6]
      • Kapital qoyuluşunun texnoloji strukturu;  [2,5]
        • Sosial sahə obyektlərinin istifadəyə verilməsi. [2]

          Ədəbiyyat:

          1. S.M. Hacıyev, Statistikanın ümumi nəzəriyyəsi, ali məktəblər üçün dərslik, Bakı 2005
          2. Tikinti statistikasına dair metodoloji izahat
          3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 07 noyabr 2018-ci il tarixli 38/08 №-li qərarı ilə təsdiq edilmiş “Müəssisənin (təşkilatın) maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri və digər iqtisadi göstəriciləri haqqında” 1-müəssisə №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş
          4. İzahlı Statistika Terminləri Lüğəti, Dövlət Statistika Komitəsi, Bakı 2010
          5. www.stat.gov.az