Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Regional şöbələr, Quba regional şöbəsi, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - rəis

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Əsas anlayışlar və terminlər [2; 17; 19] Nəqliyyat anlayışı, nəqliyyat sistemi, tərkib hissələri, elementləri və ölkənin inkişafında rolu. Nəqliyyat şəbəkəsi. Vahid nəqliyyat sistemi. Ümumi istifadədə olan, müntəzəm, qeyri-müntəzəm və fərdi nəqliyyat. Magistral və qeyri-magistral nəqliyyat. Yeni nəqliyyat növləri və nəqliyyat növlərinin inkişaf istiqamətləri. Nəqliyyat (daşıma) prosesi və onun elementləri. Ölkədaxili və beynəlxalq daşımalar. Nəqliyyat müəssisələri və hərəkət tərkibləri. Hərəkətlilik və şəhər nəqliyyatı. Nəqliyyat infrastruktur obyektləri və xətti tikililəri. 
    • Avtomobil nəqliyyatı [3; 17; 21; 22] Avtomobil nəqliyyatının yaranması tarixi. Avtomobil nəqliyyatı sisteminin texniki bazası (hərəkət tərkibi, infrastruktur obyektləri və avtonəqliyyat müəssisələri). Avtomobil nəqliyyatı vasitələri. Təyinatına və konstruktiv əlamətlərinə görə avtomobillərin təsnifatı. Yük avtomobilləri və onların təsnifatı. Sərnişin avtobusları və onların təsnifatı. Avtomobil nəqliyyatı ilə daşımaların növləri. Avtomobil nəqliyyatı sahəsində fəaliyyətin əsas prinsipləri. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının xüsusiyyətləri. Daşıma proseslərinin fəaliyyət göstəriciləri. Avtomobil nəqliyyatı vasitələrinin məhsuldarlığı. Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastrukturuna dair ümumi tələblər. Avtovağzallara (avtostansiyalara) dair tələblər. Avtonəqliyyat vasitələrinin qeydiyyatı. Avtomobil nəqliyyatının mövcud problemləri və gələcək inkişaf istiqamətləri. Avtomobil nəqliyyatı və digər nəqliyyat növlərinin qarşılıqlı əlaqələndirilməsi. Nəqliyyatda ekoloji və təhlükəsizlik problemləri. 
      • Sərnişin nəqliyyatı [3; 17; 19] Sərnişin avtomobil daşımaları, əhalinin nəqliyyat hərəkətliliyi və inkişafı. Sərnişin avtomobil nəqliyyatının hərəkət tərkibləri. Sərnişin nəqliyyat sistemi. Şəhər nəqliyyatı, fərqli xüsusiyyətləri, kompleks nəqliyyat sxemində sərnişin nəqliyyatının rolu, xarakteristikaları və optimallaşdırma meyarları. Sərnişin avtomobil nəqliyyatının xətti tikililəri. Avtobus daşımalarının idarə edilməsi. Avtobus sərnişin daşımalarının növləri. Avtobus marşrut şəbəkəsi, avtobus marşrutlarının xarakteristikası və təsnifatı. Marşrutların təşkili və marşrutun açılma prinsipləri. Avtobuslarla sərnişin daşımalarında keyfiyyətin idarə olunması. Nəqliyyat prosesi və onun elementləri. Minik avtomobil nəqliyyatı ilə sərnişin daşınmaları. 
        • Yük nəqliyyatı [4; 17; 20] Yük avtonəqliyyat vasitələri və onlardan istifadə. Yük avtonəqliyyat vasitələrinin təsnifatı. Yük daşımalarının həcmi və yük dövriyyəsi. Yük daşımalarının təşkili, hərəkət tərkiblərinin seçilməsi, hərəkət tərkibi parkından istifadə, avtomobillərlə yükləmə-boşaltma məntəqələrinin işinin uzlaşdırılması. Nəqliyyat şəbəkəsinin modelləşdirilməsi. Yük daşımalarının növləri, planlaşdırılması və idarə edilməsi. Yükün nəqliyyat vəziyyəti və yüklərin təsnifatı. Təhlükəli yüklərin daşınma qaydaları. Yük daşımalarının təşkilinin müasir metodları. Magistral avtomobil daşımaları və təşkili. Yük daşımalarının texnologiyası, konteyner daşımaları. Ağır çəkili və iriqabaritli yüklərin daşınmasının təşkili və texnologiyasının xüsusiyyətləri. Yük daşımalarının idarə edilməsi, təşkilatı, strukturu. Yüklərin çatdırılması sistemlərinin nəqliyyat logistik layihələndirilməsi, müştərin tələblərinin analizi. 
          • Nəqliyyat əməliyyatlarının intellektual  idarə edilməsi sistemi [1; 17; 21; 22] Sərnişin daşımalarında intellektual sistemlər və onun mahiyyəti. Bakı şəhərində intellektual nəqliyyat sistemi və onun əsas funksiyaları. Nəqliyyat sisteminin idarə olunması. Bakı şəhəri İntellektual Nəqliyyat Sisteminin konfiqurasiyası. Modern Nəzarət Anlayışı. Avtomatik Yol və Meteoroloji Məlumat Sensorları. Qanunsuz parklanmaya nəzarət sistemi. Avtobus İnformasiya İdarəetmə Sistemi. Bakı şəhəri İntellektual Nəqliyyat Sisteminin gözlənilən faydası. 
            • Yeni nəqliyyat növləri [3; 2] Yeni nəqliyyat növləri, onların təsnifatı, xarakteristikaları və gələcək inkişaf istiqamətləri. Yeni şəhər nəqliyyatı növləri: Metrobus (BRT) və Monorels (LRT)  nəqliyyatı və üstünlükləri. Kiçik və böyük kabinə sistemləri. Sifarişlə işləyən avtobuslar. Kombinə edilmiş hərəkət hissələri olan avtobuslar. Fasiləsiz nəqliyyat sistemləri. Yeni magistral nəqliyyat növləri. Sürətli dəmiryolu sistemləri. Hava yastıqlı və maqnit yastıqlı nəqliyyat vasitələri.  Monorels yollar, ətalət (inersiya) nəqliyyatı, cazibə (qravitasiya) yolları, sərnişin konveyerləri, relssiz dəmir yolları, . Elektromobil və hidrogen nəqliyyatı, yaranması, inkişafı və problemləri. Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi. 
              • Müxtəlif nəqliyyat növlərinin kompleks inkişafı və qarşılıqlı fəaliyyəti [6; 2; 19; 20] Müxtəlif nəqliyyat növləri üzrə daşımaların statistik göstəriciləri (Avtomobil nəqliyyatı, Hava nəqliyyatı, Boru kəməri nəqliyyatı, Su nəqliyyatı, Dəmir yolu nəqliyyatı,  Yük nəqliyyatı, Sərnişin nəqliyyatı). Daşımaların əsas nəqliyyat növləri arasında səmərəli paylanması. Müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqələndirilməsi. Əsas nəqliyyat növləri arasında yük və sərnişin daşımalarının bölüşdürülməsi. Müxtəlif nəqliyyat növlərinin iqtisadi cəhətdən məqsədəuyğun tətbiq sahələri. Metro nəqliyyatının işinin və inkişaf istiqamətlərinin digər şəhər sərnişin nəqliyyatı növləri ilə qarşılıqlı əlaqələndirilməsi və təşkili. Birbaşa daşımalar. Konteyner və bağlama daşımaları. Treyler və kontreyler daşımaları. Kombinəedilmiş və tranzit daşımalar. İntermodal və multimodal daşımalar. Müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsində terminalların rolu. 
                • Qanunvericilik üzrə: [17; 18; 19; 20] Avtomobil nəqliyyatının hüquqi aspektləri. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq dairəsi. Avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsi və idarəetməsi. Avtomobil nəqliyyatı ilə daşımaların yerinə yetirilməsinin ümumi əsasları. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Avtomobil nəqliyyatı ilə yük daşınması qaydaları. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar. Avtomobil nəqliyyatının fəaliyyəti sahəsində məsuliyyət və nəzarət. Avtomobil nəqliyyatı ilə daşımaların lisenziyalaşdırılması. Xüsusi razılıq (lisenziya) anlayışı. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsinin şərtləri və xüsusiyyətləri. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının sifarişi. Nəqliyyat sənədləri. Avtomobil nəqliyyatı ilə daşımaların sığortalanması. Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi. Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilə. Avtonəqliyyat vasitələrinin, yüklərin və baqajın (əl yükünün) Azərbaycan Respublikasının gömrük sərhədindən keçməsi. 
                  • Nəqliyyatın iqtisadiyyatı [6;7;8;10;11;15;16] Nəqliyyatda iqtisadi münasibətlərin əsasları. Nəqliyyatın məhsulu. Ümumi daxili məhsul. Nəqliyyat sahələrinin (istiqamətlər üzrə) əsas istehsal fondları və onlardan istifadənin iqtisadi səmərəlilik göstəriciləri, rentabellik. Amortizasiya. Dövriyyə vəsaitləri və fondları. Dövriyyə vəsaitlərindən istifadənin iqtisadi səmərəlilik göstəriciləri. Gəlir. Mənfəət. Daşımaların maya dəyəri. Nəqliyyat işinin səmərəliliyi və yüksəldilməsi yolları. 
                    • "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı [24]
                      • “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı [25]

                        Ədəbiyyat:

                        1. Y. M. Piriyev “Avtomobil yolları”, Bakı, 1999
                        2. Ə.Ə.Cavadov “Vahid nəqliyyat sistemi”, Bakı, 2010
                        3. Ə.Ə.Cavadov, M.İ.Bayramov, R.M.Məmmədov “Avtomobil sərnişin daşımaları”, Bakı, 2004
                        4. Ə.Ə.Cavadov “Avtomobil yük daşımaları”, Bakı, 2009
                        5. Ə.Ə.Cavadov “Nəqliyyat ekspedisiya işlərinin təşkili”, Bakı, 2012
                        6. S.Q.Cümşüdov “Nəqliyyatın iqtisadiyyatı, biznesi və menecmenti”, Bakı, 2003
                        7. S.Q.Cümşüdov “Avtomobil nəqliyyatının iqtisadiyyatı”, Bakı, 2000
                        8. Ş.Ə.Axundov, M.Ə. Axundov “Bazar iqtisadiyyatının əsasları”, Bakı, 2001
                        9. М.В.Васильев, С.М.Дубровицкий “Автомобильные дороги”, Москва, 1982
                        10. С.Л.Голованенко “Экономика автомобильного транспорта”, Москва, 1983
                        11. А.И.Малышев “Экономика автомобильного транспорта”, Москва, 1983
                        12. Л.Л.Афанасьев “ЕТС и автомобильные перевозки”, Москва, 1984
                        13. И.Я. Аксенов “Единая транспортная система”, Москва, 1991
                        14. В.Г. Галабурда “Единая транспортная система”, Москва, 2001
                        15. С. И Фишер “Экономика”, Москва, 1993
                        16. С.Н. Ивашевский “Макроэкономика”, 2000
                        17. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu. 1 aprel 2008-ci il, №556
                        18. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanunu. 11 iyun 1999-cu il, № 683-IQ
                        19. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”. 17 sentyabr 2009-cu il, № 141
                        20. “Avtomobil nəqliyyatı ilə yük daşınması qaydaları”. 17 sentyabr 2009-cu il,  № 142
                        21. "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2009-cu il tarixli 22 nömrəli qərarı
                        22. “Avtovağzalların (avtostansiyaların) işçi heyəti üçün ayrı-ayrı vəzifələr üzrə vəzifə Təlimatı” (08 iyun 2009-cu il)
                        23. www.e-qanun.az
                        24. "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli Qərarı
                        25. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərar