Kənd Təsərrüfatı Nazirliyi
Nazirliyin Aparatı , Elm və təhsil şöbəsi , Elmi tədqiqatlar sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsipləri, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədləri, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələri (1).
    • Elmi müəssisələrin akkreditasiya qaydası (2).
      • Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri (3).
        • Təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtləri (4).
          • Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları və onların fəaliyyət istiqamətləri (5).
            • Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası (6). 
              • Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları (7).
                • Elm, təhsil, təlim və informasiya məsləhət xidmətləri. Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi (8).
                  • Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (9).
                    • Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin stimullaşdırılması (10).

                      Ədəbiyyat:

                      1. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunu.
                      2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 554 nömrəli qərarı ilə təsdiq edilmiş “Elmi müəssisələrin akkreditasiyası Qaydası”.
                      3. “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 iyun tarixli 266 nömrəli qərarı.
                      4. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanunu.
                      5. “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarı
                      6. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”.
                      7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”.
                      8. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”.
                      9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”.
                      10. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin stimullaşdırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 210 nömrəli qərarı.