Dövlət Statistika Komitəsi
Neftçala rayon statistika idarəsi, Rəhbərlik, aparıcı məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İnsan resursları və hüquq şöbəsi İnsan resurslarının idarə edilməsi sektoru aparıcı məsləhətçi
Ülviyyə Əmirova
Əlaqə vasitələri:
Email: ulviyya.amirova@stat.gov.az
Telefon: 012 377 10 70 daxili: 3303
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Statistikanın ümumi nəzəriyyəsi üzrə: [1; 2]
    • Statistika haqqında anlayış. Statistikanın predmeti. Statistika elminin sahələri. Azərbaycan Respublikasında rəsmi statistikanın əsas vəzifələri və təşkili prinsipləri
    • Statistika müşahidəsinin əsas təşkili formaları, növləri və üsulları 
    • Statistika materiallarının yekunlaşdırılması və qruplaşdırılması
    • Statistika göstəriciləri: Statistika göstəriciləri haqqında anlayış. Mütləq və nisbi göstəricilər
    • Orta kəmiyyət: Orta kəmiyyətin mahiyyəti. Hesabi orta kəmiyyətlərin növləri. 
    • Dinamika sıraları: Dinamika sıraları haqqında anlayış və onların növləri. Dinamika sıralarının qurulması prinsipləri. Dinamika sıralarının analitik göstəriciləri
    • İndekslər haqqında anlayış və iqtisadi təhlildə onun rolu. İndekslərin növləri. Fərdi və ümumi indekslərin hesablanması üsulları. Ümumi indeksin formaları
  2. Sosial-iqtisadi statistika üzrə: [2; 5; 6]
    • Əhali statistikası üzrə əsas göstəricilər, əhalinin təbii, mexaniki hərəkəti və gender statistikası ilə bağlı göstəricilərin hesablanması; təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə əsas rəsmi statistika məlumatları, məlumat mənbələri, məlumatların toplanması, emalı və yayılması;
    • Əmək bazarının əsas göstəriciləri, məlumat mənbələri, işçi qüvvəsinin, məşğulluğun, işsizliyin və əməkhaqqının müəyyən olunması və hesablanması;
    • İqtisadi statistika: iqtisadiyyatın sahələri üzrə məhsul buraxılışı, istehsal indekslərinin hesablanması, kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, maliyyə, turizm, nəqliyyat və rabitə sahələri üzrə əsas rəsmi statistika məlumatları, məlumat mənbələri, məlumatların toplanması, emalı və yayılması, fiziki həcm indeksləri, indekslərin növləri, hesablanma qaydaları;
    • Qiymət statistikasının təşkili: qiymət indekslərinin növləri və hesablanması üsulları, istehsalçı qiymətləri indeksi, istehlak qiymətləri indeksi, inflyasiya göstəriciləri;
    • Ev təsərrüfatı büdcələrinin tədqiqatı, seçmə müayinələrin təşkili, ərzaq məhsullarının istehlakı, əhalinin gəlir və xərc komponentləri, əhalinin həyat səviyyəsi statistikasının əsas vəzifələri, əhalinin həyat səviyyəsi göstəriciləri.
  3. "Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət" üzrə: [3]
    • I Ümumi müddəlar
    • II Statistik məlumatların təqdimatı
    • III Statistik məlumatlarının keyfiyyətli şəkildə yayılması
    • IV. İstifadəçilərlə iş 
    • V Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti
    • VI. Statistik məlumatların vizualizasiyasi üsulları 
  4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə: [4]
    • Maddə 389. Statistik məlumatların verilməsi qaydalarının pozulması
    • Maddə 390. Statistik sirrin yayılması
  5. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu üzrə: [7]
    • Maddə 1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar
    • Maddə 2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
    • Maddə 20. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
  6. "İnzibati məlumatlardan uzunmüddətli istifadə üzrə strategiya" üzrə: [8] 
    • 1. İnzibati məlumat
    • 2. İnzibati məlumatın növləri
    • 8. Statistikanın aparılmasında inzibati məlumatlardan istifadə olunması
    • 12. Dövlət Statistika Komitəsində inzibati məlumatlardan istifadə sahəsində görülən işlər
    • 17. İnzibati registrlər əsasında statististik registr sisteminin yaradılması 
  7. "Statistik vahidlərin dövlət registrində baş verən dəyişikliklərin tədqiqi konsepsiyası" üzrə: [9]
    • Ümumi hissə 
    • 1. Statistik vahidlərin dövlət registrinin saxlanılması və aparılmasının məqsədi   
    • 2. Statistik vahid anlayışı və vahidlərin növləri
    • 3. Vahidlərin demoqrafiyası: vahidlərdə baş verən dəyişikliklər    

Ədəbiyyat:

  1. S.M.Hacıyev, Statistikanın ümumi nəzəriyyəsi, ali məktəblər üçün dərslik, Bakı 2005
  2. İzahlı Statistika Terminləri Lüğəti, Dövlət Statistika Komitəsi, Bakı, 2010
  3. “Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət”
  4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 
  5. İ.İ.Eliseeva, Sosial statistika (rus dilində) 2001-ci il III fəsil
  6. “Статистика сельского хозяйства” В.Н.Афанасев, А.И.Макарова Москва, “Финансы и статистика” 2003
  7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu 
  8. " İnzibati məlumatlardan uzunmüddətli istifadə üzrə strategiya"
  9. "Statistik vahidlərin dövlət registrində baş verən dəyişikliklərin tədqiqi konsepsiyası"