Əmlak Məsələləri Dövlət Komitəsi
Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsi, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi [1], yerquruluşu, torpaq kadastrı [11] və xüsusi (sahəvi) təyinatlı geodeziya işləri üzrə [12]
    • Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları və növləri. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları. Torpaq sahələrinin və onların üzərində hüquqların dövlət qeydiyyatı. Torpaq mübahisələrini həlli, torpaq sahəsi. Yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, xüsusi təyinatlı geodeziya işləri, geodeziya məntəqələri.
  2. Dövlət torpaq sahələrinin icarəyə verilməsi [1,2,3,7.4,8,9,10]
    • Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları; icarə (2: m. 241, 242, 34-cü fəsil); icarə münasibətlərinin obyektləri; icarəyə verilən dövlət torpaqları; icarəyəverən və icarəçi; icarə zamanı mülkiyyət münasibətləri (4: m. 4, 5; II, III, IV fəsillər)  
  3. Torpaqların  dövlət ehtiyacları üçün alınması: [2,6]
    • torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi; torpaqların dövlət ehtiyacları üçün alınması  (2: m. 157, 203, 207, 246-249)      torpağın alınmasına əsas verən dövlət ehtiyacları; torpaqların alınmasının prosedurları; kompensasiya; mübahisələrin həlli ( Mülki Məcəllə 6: m. 3, I, III, IIV, IX  fəsillər)  
  4. Torpaq bazarı: [5]
    • torpaq bazarının obyektləri və subyektləri; torpaq bazarı əqdlərinin formaları; torpaq bazarının təşkili; torpaq bazarının tənzimlənməsi; torpaq bazarında yaranan əqdlərin rəsmiləşdirilməsi (5: 4, 5, II-IV fəsillər)  
      • Yeruquruluşu işlərində istifadə edilən geodeziya alətləri [11]
        • İnzibati ərazi vahidləri və dairələrinin sərhədlərinin müəyyən edilməsi və təsdiqi [13]

          Ədəbiyyat:

          1. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, 25 iyun 1999-cu il; 
          2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 28 dekabr 1999-cu il;
          3. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının    Qanunu, 878-IQ, 16 may 2000-ci il ; 
          4. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 587-IQ, 11 dekabr 1998-ci il;
          5.  “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu, 665-IQ, 07 may 1999-cu il;
          6.  “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, 987-IIIQ, 20 aprel 2010-cu il;
          7. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı";
          8. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”;
          9. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”;
          10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli             93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə.
          11. “Yerquruluşunun elmi əsasları” I, II cild, MBM 2007 R.M.Quliyev.
          12.  “Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu, 484-IQ,17 aprel 1998-ci il.
          13.  Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”İnzibati ərazi vahidləri və dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi Qaydaları”