Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Dövlət şəhərsalma nəzarəti şöbəsi, Səyyar nəzarət sektoru, baş məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
şöbə müdiri
Əmiraslan Həsənov
Əlaqə vasitələri:
Email: darxkom005@gmail.com
Telefon: (012)595-10-93
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:   [1]
    • Şəhərsalma fəaliyyəti
    • Şəhərsalma fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri və onu həyata     keçirən orqan 
    • Şəhərsalma  və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri
    • Şəhərsalma  və tikinti fəaliyyətinin əsas prinsipləri
    • Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi
    • Şəhərsalma fəaliyyətini tənzimləyən normativ sənədlər sistemi
    • Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin məqsədi
    • Ərazi planlaşdırılmasının növləri
    • Ərazi planlaşdırılmasının məqsədi
    • Ərazi planlaşdırılması sənədləri
    • Ümumi və baş planların hazırlanması və həyata keçirilməsi
    • Şəhərsalam əsaslandırılmasının hazırlanması və təsdiqi haqqında qaydalar [ 6] 
    • Ərazi zonaları. Ərazilərin zonalaşdırılmasının məqsəd və təyinatı. Ərazilərin  zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı qaydalar [ 7]
    • Monitorinq nədir; Ümumi və baş planların monitorinqi necə aparılır
    • Müfəssəl planların hazırlanması
    • Ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi
    • Şəhərsalma məqsədi ilə abadlaşdırma tədbirləri
    • Ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı
    • Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri
    • Ara məsafəsi nədir və necə müəyyənləşdirilir
    • Ortaq və yanaşı divarlar
    • Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
    • Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri
    • Tikintiyə icazə verilməsinin ümumi qaydaları və icazənin tərkib hissəsi
    • Tikintiyə icazənin qüvvədə qalma müddəti
    • Tikinti layihələrinin tərkibi
    • Tikintilərin Dövlət reyestrinin məqsədi
    • Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin   məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları
    • Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi haqqında qaydalar [ 5]
    • Məcəllənin pozulmasına görə məsuliyyət
  2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi üzrə:  [2]
    • Məcəllənin məqsədi
    • Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
    • Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
    • Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
    • Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi
    • Meşə fondu torpaqları
    • Su fondu torpaqları
    • Ehtiyat fondu torpaqları
    • Dövlətin torpaq üzərində mülkiyyət hüququ
    • Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
    • Torpaq sahələrindən istifadə hüququ yaranması formaları
    • Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi
    • Servitut nədir və o necə nizamlanir
    • Ümumi istifadədə olan torpaq sahələri hansılardır və ondan necə istifadə olunur
    • Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
    • Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı
    • Torpağa dair əqdlərin etibarsızlığı
  3. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları  [4]
    • Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması, tikilməsi və abadlaşdırılması  [3] 

      Ədəbiyyat:

      1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, 29 iyun 2012-ci il, №392- İVQ
      2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 25 iyun 1999-cu il  № 695-IQ
      3. “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN 2.6-1, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya iclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli Qərarı
      4. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Republikasının Qanunu, 15 mart 2002-ci il №274-IIQ
      5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalar”
      6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2015-ci il tarixli 6 nömrəli Qərar ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə(baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalar”ı
      7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı təsdiq edilmiş “Əraziərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”.