Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Tikintilərin Dövlət Reyestri şöbəsi, Reyestrə daxil olan məlumatların təhlili və kodlaşdırılması sektoru, aparıcı məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
şöbə müdiri
Vidadi Eminov
Əlaqə vasitələri:
Email: darxkom005@gmail.com
Telefon: (012)597-51-49
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:   [1]
    • Şəhərsalma fəaliyyəti
    • Şəhərsalma fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri və   onu həyata keçirən orqan 
    • Şəhərsalma  və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri
    • Şəhərsalma  və tikinti fəaliyyətinin əsas prinsipləri
    • Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi
    • Şəhərsalma fəaliyyətini tənzimləyən normativ sənədlər sistemi
    • Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin məqsədi
    • Ərazi planlaşdırılmasının növləri
    • Ərazi planlaşdırılmasının məqsədi
    • Ərazi planlaşdırılması sənədləri
    • Ərazi planlaşdırılmasının sifarişçiləri və maliyyələşdirilməsi
    • Ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin tərtib edilməsi qaydası
    • İctimai müzakirələr
    • Ümumi və baş planların hazırlanması və həyata keçirilməsi
    • Monitorinq nədir; Ümumi və baş planların monitorinqi necə aparılır
    • Müfəssəl planların hazırlanması
    • Ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi
    • Şəhərsalma məqsədi ilə abadlaşdırma tədbirləri
    • Ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı
    • Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri
    • Ara məsafəsi nədir və necə müəyyənləşdirilir
    • Ortaq və yanaşı divarlar
    • Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
    • Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri
    • Tikintiyə icazə verilməsinin ümumi qaydaları və icazənin tərkib hissəsi
    • Tikintiyə icazənin qüvvədə qalma müddəti
    • Tikinti layihələrinin tərkibi
    • Tikintilərin Dövlət reyestrinin məqsədi
    • Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları
  2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi üzrə:  [2]
    •  Məcəllənin məqsədi
    • Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
    • Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
    • Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
    • Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi
    • Meşə fondu torpaqları
    • Su fondu torpaqları
    • Ehtiyat fondu torpaqları
    • Dövlətin torpaq üzərində mülkiyyət hüququ
    • Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
    • Torpaq sahələrindən istifadə hüququ yaranması formaları
    • Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə  zonaları altındakı torpaq sahələrinin verilməsi
    • Servitut nədir və o necə nizamlanir
    • Ümumi istifadədə olan torpaq sahələri hansılardır və ondan necə istifadə olunur
    • Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
    • Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı
    • Torpağa dair əqdlərin etibarsızlığı
  3. Tikintilərin Dövlət reyestrinin aparılması qaydaları   [5]
    • Reyestr sözünün mənası nədir
    • Tikintilərin Dövlət reyestrinin aparılmasının məqsədi
    • Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi
    • Reyestrə sənəd və məlumatlar hansı (neçə) formada verilir
    • Reyestrə sənədlərin təqdim edilmə müddətləri nə qədərdir
    • Reyestr tərəfindən verilmiş kodun açılışı
    • Tikinti obyekti nə zaman Reyestrdə qeydə alınmır
    • Reyestr neçə formada aparılır
    • Hansı sahələr üzrə reyestrin aparılması nəzərdə tutulur
    • Məlumat bazası (Reyestrin) nə deməkdir
    • Elektron baza necə formalaşır
    • Reyestrin bazasında dəyişiklik aparmaq olarmı
    • Tikintilərin Dövlət reyestrinin məlumatları kimlər üçün açıqdır
    • Reyestr məlumatlarının xarakteri.
  4. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları   [4]
    • Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması, tikilməsi və abadlaşdırılması  [3]

      Ədəbiyyat:

      1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, 29 iyun 2012-ci il, №392-İVQ
      2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 25 iyun 1999-cu il  № 695-IQ
      3. “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN 2.6-1, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya iclasının 12 oktyabr 2001-ci il tarixli              5 nömrəli Qərarı
      4. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Republikasının Qanunu, 15 mart 2002-ci il №274-IIQ
      5.  “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Republikası Nazirlər Kabinetinin 4 №-li 12 yanvar 2015-ci il tarixli qərar.