Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti , Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Aparatı , Baytarlıq Nəzarəti şöbəsi , Heyvandarlıq məhsullarına və yüklərə nəzarət sektoru, sektor müdiri

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Dövlət baytarlıq nəzarətinin hüquqi əsası. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti; Dövlət baytarlıq orqanlarının aktları; Baytarlıq normativləri; Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti (1).
    • Ümumi baytarlıq tədbirlərinin təşkili. Xəstəliyi ləğv etmək üçün epizootiya mənbəyində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması. Yoluxucu olmayan xəstəliklərə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsi (2).
      • Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə, hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsinə dövlət baytarlıq nəzarətinin aparılması (3).
        • . Baytarlıq preparatlarının sertifikatlaşdırılması. Parazitar xəstəliklərin törədicilərinin milli kolleksiyasının yaradılması və saxlanması. Mikroorqanizm ştammlarının saxlanması qaydası (4).
          • İribuynuzlu və xırdabuynuzlu heyvan xəstəlikləri (5).
            • Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının və diaqnostikasının əhatə dairəsi. Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının və diaqnostik müayinələrinin aparılması. Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına dövlət baytarlıq nəzarəti (6).
              • Dövlət baytarlıq müfəttişlərinin möhürlərdən istifadə etmə qaydası (7).
                • Baytarlıq haqqında qanunvericiliyin pozulması (8).
                  • Heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunması (9).
                    • Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin ödənilməsi qaydası (10).

                      Ədəbiyyat:

                      1. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının 2005-ci il 31 may tarixli 922-IIQ nömrəli Qanunu.
                      2. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı.
                      3. “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və  xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi,  dövlət  baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli qərarı.
                      4. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 22 may tarixli 80 nömrəli qərarı.
                      5. “Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarı.
                      6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin aparılması Qaydaları”.
                      7. “Dövlət baytarlıq orqanlarının möhürləri və onların istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarı.
                      8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (Maddə 289).
                      9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”.
                      10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydaları”.