Dövlət Statistika Komitəsi
İnsan resursları və hüquq şöbəsi, Hüquqi təminat sektoru, baş məsləhətçi - hüquqşünas

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi
Könül Səlimova
Əlaqə vasitələri:
Email: k.salimova@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1745,1742


  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə: [1] 
    • Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatlar
    • Əmək müqaviləsinin bağlanması əsasları və qaydası 
    • Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları 
    • Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları
    • İş vaxtının növləri və tənzimlənməsi qaydaları. İstirahət vaxtı
    • Məzuniyyət hüququ və onun təmin edilməs
    • Əmək məzuniyyətlərinin müddətləri
    • Yaradıcılıq və təhsil məzuniyyətləri. Sosial məzuniyyətlər. Ödənişsiz məzuniyyətlər 
    • Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları
    • Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları 
  2. Hüququn anlayışı: Hüququn anlayışı, mahiyyəti, ona təsir edən amillər (sosial, iqtisadi, mənəvi, dini, siyasi və s.). Hüquq haqqında əsas nəzəriyyələr. Hüququn funksiyaları. Əsas hüquq sistemləri [2]
    • Hüquq mənbələri: Hüquq mənbələrinin anlayışı və təsnifatı. Hüquqi adət. Məhkəmə presedenti. Normativ-hüquqi akt. Hüquqi doktrina. Müqavilə [2]
      • Hüquq prinsipləri: Hüquq prinsiplərinin anlayışı, əhəmiyyəti, təsnifatı [2]
        • Hüquq normalarının anlayışı və onların tətbiqi prosesləri: Hüquq normalarının anlayışı, əlamətləri, növləri. Hüquq normalarının məntiqi quruluşu. Hüquqi və qeyri-hüquqi normaların fərqi. Hüququn realizəsi və onun formaları. Hüququn tətbiqi anlayışı və onun mərhələləri. Hüquqtətbiqetmə aktları. Hüquq normalarının təfsirinin anlayışı və növləri (rəsmi və qeyri rəsmi təfsir) [2]
          • Hüquq sistemi: Hüquq sisteminin anlayışı və strukturu. Hüquq sahəsinin, institutlarının anlayışı, təsnifatı. Hüququn sahələrə bölünməsinin meyarları. Hüquqi tənzimləmənin predmeti və metodu. Milli və beynəlxalq hüquq [2]
            • Hüquq məsuliyyəti: Hüquq pozuntusunun anlayışı və əlamətləri. Hüquqpozmanın tərkibi. Hüquq məsuliyyətinin anlayışı, əlamətləri, növləri. Hüquq məsuliyyətinə cəlb edilmənin və hüquq məsuliyyətindən azad edilmənin əsasları [2]
              • “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu [3]
                • “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu (I, II fəsil) [4]
                  • ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [5]
                    • Qanunun tətbiqi dairəsi (maddə 1). Əsas anlayışlar (maddə 2) 
                    • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi (maddə 3). Dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanı (maddə 4) 
                    • Satınalma müqaviləsinin qüvvəyə minməsi və bu haqda məlumatın ictimaiyyətə çatdırılması (maddə 5)
                    • Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı (maddə 8). Satınalma prosedurlarına dair məlumat vermə formaları (maddə 9) 
                    •  Tenderin baş tutmaması və onun davamından imtina (maddə 11). Dövlət satınalmalarında saxtakarlıq halları (maddə 12)
                    • Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər (maddə 14). Satınalma metodlarının tətbiqi şərtləri. Satınalma metodları (maddə 16)
                    • Açıq tender (maddə 17). İkimərhələli tender və ya təkliflər sorğusu (maddə 18). Məhdud iştiraklı və qapalı tender (maddə 19)
                    • Kotirovkalar sorğusundan istifadə şərtləri (maddə 20). Bir mənbədən satınalma metodundan istifadə şərtləri (maddə 21). Satınalmaların təşkili. Satınalmaların hazırlanması mərhələlər (maddə 22)
                    • Tender komissiyasının formalaşdırılması (maddə 23). Tender prosedurları. Tender prosedurlarının başlanması qaydası (maddə 35). Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi (maddə 36)  Tender komissiyasının qərarı (maddə 37) Tender komissiyasının məsuliyyəti (maddə 38) 
                    • Malgöndərənlərlə (podratçılarla) danışıqların qadağan edilməsi (maddə 39). Tender təkliflərinin aksepti və satınalma müqaviləsinin qüvvəyə minməsi (maddə 40) 
                  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə: [6]
                    • Fiziki şəxslər (maddə 24-35, 38-42). Hüquqi şəxslər. Əsas müddəalar (maddə 43-59)
                    • Əşya və əmlak hüququ. Əşya hüququnun əsas anlayışları (maddə 135,138)
                    • Əmlak hüquqlarının qeydiyyatı (maddə 139, 146). Mülkiyyət hüququnun ümumi müddəaları (maddə 152-158)
                    • Müqavilə hüququ. Müqavilə anlayışı və şərtləri (maddə 389- 404-1)
                    • Müqavilənin bağlanması (maddə 405-411). Müqavilənin standart şərtləri (maddə 417-424)
                  • “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə: [7]
                    • Məhkəmə hakimiyyəti (maddə 1. 3, 4, 5). Ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar (maddə 7-14). Azərbaycan Respublikasinin məhkəmə sistemi (maddə 19) 

                  Ədəbiyyat:

                  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 1 fevral 1999-cu il
                  2. Məmmədov İ. “Dövlət və hüquq nəzəriyyəsi” (2 cilddə). Bakı, 2005
                  3. "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, 21 dekabr 2010-cu il, № 21-IVKQ
                  4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, 21 oktyabr 2005-ci il, №1036-IIQ
                  5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 27 dekabr 2001-ci il, № 245-IIQ
                  6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 28 dekabr  1999-cu il
                  7. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu 10 iyun 1997-ci il № 310-IQ