Dövlət Statistika Komitəsi
Əhali statistikası şöbəsi, Demoqrafiya və miqrasiya statistikası sektoru, məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun aparıcı məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. Statistikanın ümumi nəzəriyyəsi: [1]
    • Statistika elminin vəzifələri və təşkili 
    • Statistika haqqında anlayış. Statistikanın predmeti. Statistika müşahidəsinin nəzəriyyəsi, əsas kateqoriya və anlayışları. Azərbaycan Respublikasında statistikanın əsas vəzifələri və dövlət statistikasının (rəsmi statistikanın) təşkili prinsipləri
    • Statistika informasiyası haqqında anlayış. Statistika müşahidəsinin əsas təşkili formaları. Statistika müşahidəsinin növləri və üsulları
    • Statistika materiallarının yekunlaşdırılması və qruplaşdırılması 
    • Statistika göstəriciləri: Statistika göstəriciləri haqqında anlayış. Mütləq göstəricilər. Nisbi göstəricilər
    • Orta kəmiyyətin mahiyyəti. Hesabi orta kəmiyyətlərin növləri. Harmonik orta kəmiyyət
    • Dinamika sıraları: Dinamika sıraları haqqında anlayış və onların növləri. Dinamika sıralarının qurulması prinsipləri. Dinamika sıralarının təhlili göstəriciləri
  2. İndekslər: İndekslər haqqında anlayış və iqtisadi təhlildə onun rolu. İndekslərin növləri. Fərdi və ümumi indekslərin hesablanması üsulları. Ümumi indeksin formaları [1]
    • Azərbaycanda uşaq sayılan yaş həddi [2]
      • Azərbaycanda ailənin orta ölçüsü və ailə qurmaq üçün qanunla müəyyən edilmiş minimum yaş həddi [5]
        • Əhalinin siyahıya alınması [3, 6]
          • Əhalinin təbii artımı  [7, 10]
            • Körpə ölümünün əhatə edildiyi yaş [7, 8, 9, 10]
              • Miqrasiya artımı [4, 7, 9]

                Ədəbiyyat:

                1. S.M. Hacıyev, Statistikanın ümumi nəzəriyyəsi, ali məktəblər üçün dərslik, Bakı 2005
                2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, 19 may 1998-ci il, № 449-IQ
                3. “Azərbaycan Respublikasında 2009-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 iyun 2006-ci il tarixli, 415 nömrəli Fərmanı
                4. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2004-cü il tarixli, 94 nömrəli Qərarı
                5. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 28.12.1999 tarixli 781-IQ nömrəli Qanunla təsdiq edilmişdir
                6. Əhalinin siyahıyaalınmaları üzrə BMT-nin prinsip və tövsiyyələri
                7. “Demoqrafik–ensiklopedik lüğət”, Moskva 1985
                8. “Əhalinin təbii hərəkətinin statistik qeydiyyat sistemləri üçün prinsip və tövsiyyələr”, BMT, 2003
                9. İzahlı Statistika Terminləri Lüğəti, Dövlət Statistika Komitəsi, Bakı 2010
                10. www.stat.gov.az