Kənd Təsərrüfatı Nazirliyi
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi, Sabirabad rayon bölməsi üzrə Müfəttişlik, baş məsləhətçi

Müsahibə proqramı üzrə məsul şəxslər:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi
Şərifov Röyal İlqar
Əlaqə vasitələri:
Email: dqqebul@dim.gov.az
Telefon: (012)310 53 16 daxili: 1766


  1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə (1): - nəqliyyat vasitəsinin, mexaniki nəqliyyat vasitəsinin, qoşqu və yarımqoşqunun anlayışı; - nəqliyyat vasitələrinin dövlət qeydiyyatı; - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; - nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı; - nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi; - nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası; - nəqliyyat vasitələrini idarəetmə hüququ; - sürücülük vəsiqələri; - sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması.
    • Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulmasına dair sənədlələşdirmənin aparılması (2).
      • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin vəzifələri, hüquqları və fəaliyyətinin təşkili (3).
        • Elektron hökümət portalı haqqında Əsasnamə və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər (4).
          • Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydası (5).
            • Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada  dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması, Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması (6).
              • Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydası (7).
                • Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydası (8).
                  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələri (9).
                    • Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi qaydası (10).

                      Ədəbiyyat:

                      1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il3 iyul tarixli 517-IQ nömrəli Qanunu (Maddə: 1, 27-30, 32-35).
                      2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (Maddə 340).
                      3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamə”.
                      4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökümət portalı haqqında Əsasnamə”.
                      5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”.
                      6. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı.
                      7. “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı.
                      8. . “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı.
                      9. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli qərari ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı”.
                      10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2012-ci 30 may il tarixli 05/2012-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”.