Baş səhifə > Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat > Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat

Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat


Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmamışdır. Həmin müddətdən bu vaxtadək DİM Mərkəzin göstərdiyi xidmətlərin ƏDV-dən azad olunması ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparmış, son nəticədə müvafiq qanunvericiliyə əsasən təhsil xidmətlərinin ƏDV-dən azad olunması, dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə isə ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Beləliklə, cari ilin mart ayından Dövlət İmtahan Mərkəzi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Ona görə də, 2019-cu il aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcəkdir. Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur. Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq qərara alınmışdır ki, müvəqqəti olaraq, DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlər tam ədədə qədər azaldılsın və aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilsin:

  • AB - 118 AZN
  • AC - 106 AZN
  • BA - 94 AZN
  • BB - 82 AZN

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanların siyahısı

Qeydiyyatdan keçdiyiniz imtahanları görmək üçün şəxsi kabinetə daxil olmaq lazımdır. Əgər birinci dəfə qeydiyyatdan keçirsinizsə aşağıdakı imtahanlardan birini seçib qeydiyyatdan keçmək lazımdır.

# İmtahanın keçirilmə tarixi və saatı Qeydiyyatın
başlanma vaxtı
Qeydiyyatın
bitmə vaxtı
Yer sayı Qeydiyyatdan keçənlərin sayı Boş
yerlərin sayı
Ünvan Zal Vəzifə qrupları Qeydiyyat
1 08.10.2023 11:00 11.09.2023 15:00 01.10.2023 18:00 2500 983
(BA - 199, BB - 784)
1517 İmtahan Bakı şəhərində keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcəkdir.Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra DİM-in saytından buraxılış vərəqəsinin çapı xidməti vasitəsi ilə yükləyə bilərsiniz. BA,BB Qeydiyyatdan keç
2 08.10.2023 11:00 13.09.2023 10:00 01.10.2023 18:00 260 239
(BA - 21, BB - 216)
21 İmtahan Naxçıvan şəhərində keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcəkdir.Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra DİM-in saytından buraxılış vərəqəsinin çapı xidməti vasitəsi ilə yükləyə bilərsiniz. BA,BB Qeydiyyatdan keç