İlkin diplomatik vəzifə üzrə ümumi xarakter daşıyan qulluq funksiyaları
- Təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə, vəzifənin fəaliyyət istiqaməti üzrə baxılmasını və normativ-hüquqi aktlara, təlimati qaydalara uyğun surətdə icrasını təmin etmək;
- İcrası həvalə edilmiş sənədlər və digər xarakterli tapşırıqların icrası ilə əlaqədar məsələlər üzrə ətraflı araşdırmalar aparmaq, normativ-hüquqi əsaslara istinad edərək həmin məsələlərin tənzimləmə mexanizmini müəyyənləşdirmək, toplanmış material barədə bilavasitə rəhbərinə məruzə etmək, verilən təlimata uyğun olaraq icraatı yekunlaşdırmaq;
- İcraatında olan sənədlərin icra vəziyyətinə dair arayışlar və hesabatlar hazırlamaq;
- İcra edilmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsini təmin etmək;
- Vəzifənin fəaliyyət istiqaməti üzrə təşkilatların, hüquqi və fiziki şəxslərin şifahi sorğularını cavablandırmaq, müvafiq təlimatlara uyğun çərçivədə məlumat, izah, tövsiyə və məsləhətlər vermək;
- İş bölgüsünə əsasən məsul sahələr üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, eləcə də Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərlə yazışmalar aparmaq;
- Malik olduğu xarici dil biliklərinə uyğun olaraq, icraatına verilmiş məsələlər üzrə sənədlərin, digər xarakterli mətnlərin xarici dildən tərcümə edilməsi, habelə müvafiq sənədlərin, digər xarakterli mətnlərin xarici dildə hazırlanmasını həyata keçirmək;
- Xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarına vəzifənin fəaliyyət istiqaməti üzrə müvafiq yardımın göstərilməsi üçün zəruri əlaqələndirmə işinin təşkilində iştirak etmək;
- Çalışdığı struktur bolmənin fəaliyyət istiqaməti üzrə müvafiq təlimatların, normativ xarakterli aktların, habelə digər sənədlərin hazırlanmasında iştirak etmək, həmin sənədlərlə əlaqədar təkliflər vermək;
- Rəhbərliyin tapşırığı əsasında rəsmi görüşlərdə, seminar, konfrans, təlim, iclas və sair tədbirlərdə iştirak etmək və bununla əlaqədar hesabat və məruzələr hazırlamaq;
- Xidməti fəaliyyətlə əlaqədar ölkə daxilində və xaricə ezamiyyətə getmək;
- Vəzifənin fəaliyyət istiqaməti üzrə beynəlxalq təşkilatlarla birgə layihələrin, o cümlədən, sazişlərin, memorandumların, müqavilələrin, təlim və metodik vəsaitlərin, digər sənədlərin hazırlanmasında, rəsmi, seminar, təlim və digər xarakterli səfərlərinin təşkili fəaliyyətində iştirak etmək, habelə digər operativ xarakterli tapşırıqları yerinə yetirmək;
- Rəhbərliyin tapşırığına uyğun olaraq çalışdığı struktur bölmənin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair statistik və analitik hesabatlar hazırlamaq;
- Çalışdığı struktur bölmənin tədbir və fəaliyyət planlarının, dövri hesabatlarının, digər sənədlərinin hazırlanmasında iştirak etmək;
- Diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri üzrə qanunvericiliyi, habelə Azərbaycan Respublikasının beynəlxalq münasibətləri və xarici siyasəti ilə əlaqədar olan mühüm hadisələri izləmək və tədqiq etmək;
- Diplomatik xidmət orqanlarının fəaliyyət sahəsi ilə əlaqədar maarifləndirmə işinin aparılmasında iştirak etmək;
- Vəzifənin fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;
- Diplomatik xidmət orqanlarının və onların əməkdaşlarının fəaliyyətinin tənzimlənməsinə aid olan normativ-hüquqi aktlar, normativ xarakterli aktlar, müvafiq vəzifə təlimatları ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirilmək.