Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı ümumi məlumat

Diplomatik xidmətə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq aparılır.

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:

Onlayn qeydiyyat

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahan 23 yanvar 2022-ci il tarixində keçiriləcəkdir. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaqdır.
Sınaq imtahanı 26.12.2021-ci il tarixində keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. Sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

İmtahanın keçirilməsi

Müsahibənin keçirilməsi

Nəzərdə tutulan işə qəbul planı:

Müəyyən edilmiş müsabiqə proqramı üzrə hər iki (yazılı imtahan və müsahibə) mərhələni uğurla başa vurmuş iştirakçılar mövcud vakant vəzifələr üzrə xidmətə müvafiq ardıcıllıqla qəbul ediləcək.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

Yazılı imtahan mərhələsi üçün

Müsahibə mərhələsi üçün

(Müsahibə mərhələsinə çağırılan namizədlər aşağıda qeyd olunan sənədləri XİN tərəfindən müəyyən ediləcək müddət ərzində təqdim etməlidirlər)

Aşağıdakı hallarda vətəndaşlar diplomatik xidmət orqanlarında xidmətə qəbul oluna bilməzlər: