| 1 |
Azərbaycan Respublikasının Konstitusiyası |
| 2 |
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasinin Konstitusiya Qanunu |
| 3 |
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 4 |
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 5 |
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 6 |
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 7 |
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 8 |
"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 9 |
"Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 10 |
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ("Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 saylı Qanunuilə təsdiq edilmişdir.) |
| 11 |
"Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 12 |
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 13 |
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 14 |
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1, 2, 7-23, 28-32-ci fəsillər) |
| 15 |
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 16 |
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi (1, 3, 4 və 5-ci fəsillər) |
| 17 |
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 18 |
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 19 |
"Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 20 |
"Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 21 |
"Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu |
| 22 |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanıilə təsdiq edilmişdir.) |
| 23 |
Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 24 |
Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 25 |
Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 26 |
Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 27 |
Azərbaycan Respublikası Dövlət Protokolunun Əsas Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 28 |
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 29 |
Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 30 |
Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 31 |
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (Azərbaycan Respublikası Prezidentinin23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.) http://www.e-qanun.az/framework/13373
|
| 32 |
"Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə (Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 33 |
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 34 |
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat ("Azərbaycan Respublikası Prezidentinin27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanıilə təsdiq edilmişdir.) |
| 35 |
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası(1-6-cı bölmələr) (Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.) |
| 36 |
"Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi Qaydası", "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Qaydası" ("Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarıilə təsdiq edilmişdir.) |
| 37 |
Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli Qərarı ilə təsdiq edilmişdir.) |
| 38 |
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası https://legal.un.org/ilc/texts/instruments/english/conventions/9_1_1961.pdf(İngilis dili) https://www.un.org/ru/documents/decl_conv/conventions/dip_rel.shtml(Rus dili) https://referatlar.wordpress.com/2011/04/02/diplomatik-%C9%99laq%C9%99l%C9%99r-haqqinda-1961-ci-il-vyana-konvensiyasi/(Azərbaycan dili) |
| 39 |
Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası https://legal.un.org/ilc/texts/instruments/english/conventions/9_2_1963.pdf(İngilis dili) https://www.un.org/ru/documents/decl_conv/conventions/pdf/consular.pdf(Rus dili) https://www.migration.gov.az/content/pdf/5acafda3597d7_Konsulluq%20%C9%99laq%C9%99l%C9%99ri%20haqq%C4%B1nda%20Vyana%20Konvensiyas%C4%B1.pdf(Azərbaycan dili) |
| 40 |
Müqavilələr hüququ haqqında Vyana Konvensiyası http://www.e-qanun.az/framework/36996(Azərbaycan dili) https://legal.un.org/ilc/texts/instruments/english/conventions/1_1_1969.pdf(İngilis dili) https://www.un.org/ru/documents/decl_conv/conventions/law_treaties.shtml(Rus dili) |
| 41 |
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi https://www.un.org/en/about-us/un-charter(İngilis dili) https://www.un.org/ru/about-us/un-charter/full-text(Rus dili) http://dag.un.org/bitstream/handle/11176/387361/TURKISH-1964.pdf?sequence=1&isAllowed=y(Türk dili) |
| 42 |
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) çərçivəsində qəbul edilmiş Helsinki Yekun Aktı https://www.osce.org/helsinki-final-act(müxtəlif dillər üzrə) https://www.osce.org/files/f/documents/5/c/39501.pdf(İngilis dili) https://www.osce.org/files/f/documents/0/c/39505_1.pdf(Rus dili) |
| 43 |
Xarici siyasət – İkitərəfli münasibətlər (Afrika, Amerika, Asiya və Sakit Okean, Avropa) |
| 44 |
Xarici siyasət – Çoxtərəfli münasibətlər (beynəlxaq və regional təşkilatlar) |
| 45 |
Xarici siyasət – Beynəlxalq əməkdaşlıq (təhlükəsizlik və humanitar məsələlər) |
| 46 |
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi (16.06.2021) |
| 47 |
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi |
| 48 |
"Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair" Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu |
| 49 |
Lətif Hüseynov - Beynəlxalq hüquq. Dərslik. Bakı, 2012 ISBN : 2001299964637 http://web2.anl.az:81/read/page.php?bibid=vtls000270692
|
Ümumi dünyagörüşünün təyin edilməsi üçün təqdim olunacaq 20 test tapşırığı ilə xalqımızın dövlətçilik ənənələri, Azərbaycan xalqının təşəkkülü və formalaşması, Azərbaycanın məruz qaldığı yad təsirlər və onlara qarşı mübarizə, tarixi proseslərin gedişində ortaya çıxan dövlət qurumlarımız, bunların meydana gəlməsini və tənəzzülünü şərtləndirən səbəblər və bunların nəticələri, tarixi şəxsiyyətlər, müxtəlif dövrlərdə həyata keçirilən siyasi fəaliyyətlərin ölkəmizin ərazi bütövlüyünün qorunmasında rolu, bu dövrlərdə sosial-iqtisadi inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyimizin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi haqqında məlumatlarla əlaqədar bilikləri, eləcə də ölkəmizin təbiəti, təbii ehtiyatları, əhalisi, qlobal problemlər və bunların Azərbaycana təsiri barədə bilikləri yoxlanılacaq.
Namizədlərin rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə bacarığı 25 test tapşırığı vasitəsi ilə yoxlanılacaq. Bu test tapşırıqları ilə namizədlərin qrafik, diaqram və sxemlərlə verilən informasiyanı emal etmək bacarığı, mətn şəklində verilmiş məlumatları anlama və təhliletmə kimi intellektual qabiliyyətləri, mücərrəd-məntiqi düşünmə bacarığı qiymətləndiriləcək.
Namizədlərin xarici dil biliyinin qiymətləndirilməsi ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq 4 bacarıq (eşidib-anlama, oxuyub-anlama, yazı və danışıq) üzrə aparılacaq. Xarici dil imtahanının eşidib-anlama bacarığını yoxlayan hissəsində müxtəlif (monoloq və dialoq) tipli iki dinləmə mətni (televiziya proqramları, mühazirələr, müsahibələr, gündəlik söhbətlər və s), oxuyub-anlama bacarığını yoxlayan hissədə isə iki oxu mətni təqdim olunacaq. Yazı blokunda namizədlərdən həm xarici dildə, həm də Azərbaycan dilində arqumentativ inşa (esse) tipli yazı tapşırığının təqdim olunması tələb olunacaq. Namizədlərin Azərbaycan dili üzrə bilik və bacarıqları yalnız yazı tapşırığının qiymətləndirilməsinə əsasən aparılacaq. Danışıq bacarığının yoxlanılması isə şifahi formada kompüter proqramı vasitəsilə aparılacaq.
Namizədlərin dil bilikləri (Azərbaycan dili və xarici dil üzrə) inşa (esse) tipli tapşırıq vasitəsi ilə yoxlanılacaq. İnşa (esse) namizədin təklif olunmuş mövzu üzrə öz fikirlərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. İnşa yazı 250-300 söz həcmində olmalıdır.
Namizədlərə dövlət və cəmiyyət, mədəniyyət və incəsənət, elm və texnika, səyahət və turizm, təhsil və tərəqqi, peşə və məşğuliyyət, ətraf mühit, sağlamlıq kimi mövzularda aktual hadisə və proseslər, həmçinin bütün bəşəriyyəti narahat edən bəzi qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən mövzular təklif olunur.
Namizəd təklif olunan mövzlardan biri üzrə həm Azərbaycan, həm də seçdiyi xarici dildə inşa (esse) yazmalıdır. İnşa yazıda (essedə) namizəd öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
İnşanı (esseni) yazarkən namizəd:
İnşa (esse) səliqəli və aydın xətlə yazılmalıdır.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır: