Xarici İşlər Nazirliyinə işə qəbulla bağlı ümumi məlumat

Diplomatik xidmətə qəbulla bağlı müsabiqənin keçirilməsi prosesi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (bundan sonra – Nazirlik) diplomatik xidmətə qəbul “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Didiplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq aparılır.

Müsabiqə yazılı imtahandanmüsahibədən ibarətdir.

Müsabiqənin yazılı imtahan mərhələsi Nazirliyin sifarişi əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs (bundan sonra – Mərkəz), müsahibə mərhələsi isə Nazirlik tərəfindən keçirilir.

Qanunun 16.1-ci maddəsinə uyğun olaraq müvafiq diplomatik vəzifənin təlimatına uyğun ali təhsilə və peşə hazırlığına malik olan, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının diplomatik xidmətə qəbul olunmaq hüququ vardır.

Diplomatik xidmətə aşağıdakı şəxslər qəbul olunmurlar:

Müsabiqədə iştirak etmək üçün müəyyən edilən tələblər:

Diplomatik xidmətə qəbulla bağlı müsabiqə aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:

Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu (elektron qeydiyyat)

Müsabiqədə iştirak etmək istəyən namizədlərin müraciətlərinin qeydiyyatı elektron qaydada, təqdim edilən elektron portalda 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

Aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsindən azad edilirlər:

Yazılı imtahan mərhələsindən azad olunan şəxslər kateqoriyasına aid olduğuna dair əsasları olan və bunu arzu edən şəxslər elektron müraciət formasında müvafiq bəndi seçərək bu xüsusata əsas verən müvafiq sənədləri və məlumatları müəyyən edilən qaydada əlavə edir. Nazirlik tərəfindən müraciətlərinə baxılmasının nəticəsi barədə 10 (on) gün müddətində həmin qeydiyyat portalı vasitəsilə bildiriş göndərilir.

Daxil etdikləri sənəd və məlumatlarda natamalıq və uyğunsuzluq olarsa həmin şəxslərə bildiriş aldığı vaxtdan 3 (üç) gün ərzində elektron müraciətində müvafiq düzəlişlərin edilməsi imkanı açılacaq.

Müsabiqənin yazılı imtahan mərhələsindən azad edilmələri üçün əsas olmadığı barədə bildiriş alan şəxslərin müraciətləri həmin bildiriş vasitəsilə yazılı imtahanda iştirak üçün yönləndirilir.

Həmin şəxslər arzu etdikləri təqdirdə qeydiyyat prosesini davam etdirərək yazılı imtahan mərhələsində iştirak üçün müraciət edirlər və ya qeydiyyatdan imtina edərək müsabiqədə iştirak barədə müraciətlərini sonlandırılar.

Müraciətlərinin qəbul edilməsi (yazılı imtahan mərhələsindən azad olunan şəxslər kateqoriyasına aid olmaları) barədə təsdiq alan şəxslər müsabiqənin müsahibə mərhələsinə çağırılan şəxslərin təqdim etməli olduğu qeyd olunan sənədləri 15 (on beş) gün müddətində Nazirliyə təqdim edirlər.

Yazılı imtahanın keçirilməsi

Yazılı imtahan 2 hissədən ibarətdir.

Yazılı imtahan mərkəzləşdirilmiş qaydada ödənişli əsaslarla Mərkəz tərəfindən Bakı şəhərində keçirilir. Hər bir hissədə iştiraka görə namizəd tərəfindən 118 AZN (ƏDV daxil olmaqla) məbləğində ödəniş həyata keçirilir. Yazılı imtahanın ikinci hissəsində iştirak üçün ödəniş yalnız birinci hissəni müvəffəqiyyətlə keçmiş namizədlər tərəfindən ödənilir.

“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra müvafiq imtahan mərhələsində iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə yazılı imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən və müvafiq imtahan mərhələsində iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Yazılı imtahanın Test tapşırıqlarından ibarət olan birinci hissəsi 21 iyun 2026-cı il tarixində keçiriləcəkdir.

Analitik yazı bacarıqlarının və xarici dil biliklərinin yoxlanılmasını nəzərdə tutan ikinci hissəsi 25-26 iyun 2026-cı il tarixlərində keçiriləcəkdir.

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (AZ 1078, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Müsahibənin keçirilməsi

Yazılı imtahanın nəticələri elan olunduğu tarixdən etibarən 15 (on beş) gün müddətində yazılı imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər aşağıdakı sənədləri Nazirliyin kadr məsələlərinə məsul struktur bölməsinə təqdim edirlər:

Nazirlik tərəfindən qeyd olunan sənədlərin və (və ya) həmin sənədlərdə olan məlumatların Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və (və ya) məlumatlar namizəddən tələb edilmir. Belə sənədlərin və (və ya) məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya namizəd tərəfindən təmin edilir.

Qeyd olunan müddət ərzində müvafiq sənədləri təqdim etməyən namizəd müsahibəyə buraxılmır. Belə halda həmin şəxsin adı namizədlər siyahısından çıxarılır və ona bu barədə 5 (beş) iş günü ərzində məlumat verilir.

Namizədlərin sənədləri müsahibədən əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq yoxlanılır. Yoxlamadan müvəffəqiyyətlə keçmiş namizədlər müsahibəyə çağırılır. Namizədin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin diplomatik xidmətə qəbulundan imtina üçün əsasdır.

Müsahibəyə çağırılan namizədlərə müsahibənin keçiriləcəyi tarix, vaxt və yer barədə azı 3 (üç) gün əvvəl məlumat verilir.

Müsabiqənin müsahibə mərhələsi Azərbaycan Respublikası xarici işlər nazirinin əmri ilə Nazirliyin rəhbər vəzifəli şəxslərindən ibarət tərkibdə (sədr və üzvlər) yaradılan müsahibə komissiyası tərəfindən təşkil edilir və həyata keçirilir.