Dövlət idarəçiliyi və dövlət qulluğu

Təlimin tarixi və vaxtı:
Təlimin tarixi və vaxtı qrup formalaşdıqdan sonra elan ediləcəkdir

Qeydiyyat:
Başlanma tarixi - 09.01.2023 09:00
Bitmə tarixi -01.05.2023 18:00


Təlimin müddəti:
3 gün (6 saat)

Ödəniş:
100 AZN



1-ci gün (2 saat)
Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri təlim modulu üzrə proqram

Məqsəd:
Dövlət qulluğunda inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələri tutan dövlət qulluqçularının dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələsi barədə biliklərinin və bacarıqlarının təkmilləşdirilməsi. Eyni zamanda, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələsi barədə biliklərinin və bacarıqlarının artırılması.

Məzmun:
Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri. Dövlət qulluğunun idarəedilməsi. Dövlət orqanları və dövlət orqanlarının kateqoriyaları. Dövlət qulluğu vəzifələrinin təsnifatı. Dövlət qulluqçusu statusu. Hakimiyyət səlahiyyəti olan dövlət qulluqçuları. Dövlət qulluğunda ixtisas dərəcələri və ixtisas dərəcələrinin verilməsi. Dövlət qulluqçusunun əlavə təhsili. Dövlət qulluqçularının mükafatlandırılması. Dövlət qulluqçularının intizam məsuliyyəti. Dövlət qulluğuna qəbul və yüksəliş. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi. Dövlət qulluğuna xitam verilməsinin əsasları.

Hədəf qrupu:
Rəhbər və inzibati icraçı vəzifələri tutan, eləcə də yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları; dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər.

Təlimin keçirilmə forması:
Əyani

Metod:
Müzakirə, interaktiv video, multimedia alətləri və s.

Gözlənilən nəticə:
Dövlət qulluqçusu və dövlət qulluğuna qəbul olmaq istəyən şəxs dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə praktiki bacarıqlara yiyələnir.



2-ci gün (2 saat)
Dövlətin əsasları (dövlətin quruluşu, dövlət hakimiyyəti, qanunvericilik sistemi) təlim modulu üzrə proqram

Məqsəd:
Dövlət qulluğunda inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələri tutan dövlət qulluqçularının, eləcə də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının qanunvericilik sistemi, eləcə də dövlətin quruluşu mövzularında lazımi nəzəri biliklərlə və praktiki bacarıqlarla təmin edilməsi.

Məzmun:
Xalq hakimiyyəti. Dövlətin quruluşu. Hakimiyyətlərin bölünməsi. Dövlət rəmzləri. İqtisadi-sosial inkişaf və dövlət. Əsas insan və vətəndaş hüquqları və azadlıqlarının əsas prinsipləri. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Müraciət etmək hüququ. Hüquq və azadlıqların inzibati qaydada və məhkəmədə müdafiəsinə təminatı. Vətəndaşların əsas vəzifələri. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Naxçıvan Muxtar Respublikasının statusu və idarəedilməsi. Yerli özünüidarəetmə.

Hədəf qrupu:
Rəhbər və inzibati icraçı vəzifələri tutan, eləcə də yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları; dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər.

Təlimin keçirilmə forması:
Əyani

Metod:
Müzakirə, interaktiv video, multimedia alətləri və s.

Gözlənilən nəticə:
Dövlət qulluqçusu və dövlət qulluğuna qəbul olmaq istəyən şəxs Azərbaycan Respublikasında qanunvericilik sistemi ilə bağlı lazımi biliklərə yiyələnir.



3-cü gün (2 saat)
Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri təlim modulu üzrə proqram

Məqsəd:
Dövlət qulluğunda inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələri tutan, eləcə də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin dövlət qulluqçularının etik davranış qaydaları barədə məlumatlandırılması, onların bu mövzuda bilik və bacarıqlarının inkişaf etdirilməsi. Dövlət qulluğunda inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələri tutan, eləcə də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin korrupsiyaya qarşı mübarizə sahəsində nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişaf etdirilməsi.

Məzmun:
Ümumi etika anlayışı. Etikanın dövlət qulluğunda əhəmiyyəti. Etik davranış qaydaları sahəsində beynəlxalq sənədlər. Etik davranış qaydaları haqqında qanunun əsas məqsədləri. Əsas etik davranış qaydaları və prinsipləri. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması. Etik davranış qaydalarına əməl olunmasına nəzarət. Korrupsiya anlayışı. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri. Maliyyə xarakterli tələblər. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər. Korrupsiya ilə əlaqədar hüquqpozmalar. Korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması. Korrupsiyaya qarşı mübarizənin metod və alətləri. Korrupsiya məsələlərinə dair milli və beynəlxalq qanunvericilik. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən qurumlar. Korrupsiya məsələləri ilə bağlı kazuslar.

Hədəf qrupu:
Rəhbər və inzibati icraçı vəzifələri tutan, eləcə də yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları; dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər.

Təlimin keçirilmə forması:
Əyani

Metod:
Müzakirə, interaktiv video, multimedia alətləri və s.

Gözlənilən nəticə:
Dövlət qulluqçusu və dövlət qulluğuna qəbul olmaq istəyən şəxs dövlət qulluqçularının etik davranış qaydalarını nəzəri və praktiki olaraq mənimsəyir, eləcə də dövlət qulluqçusunun öz gündəlik fəaliyyətində etik davranış qaydalarına riayət etməsinin təmin olunması əldə olunur. Dövlət qulluqçusu və dövlət qulluğuna qəbul olmaq istəyən şəxs Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin tətbiqi ilə bağlı nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnir, həmin bilikləri effektiv şəkildə tətbiq edir.

Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq